Ucnoqta.az
www.ucnoqta.az

Ağdaşda maşın kanala düşdü: <font color=red><b>ölü və yaralılar var</b></font>

10:31 - 19 Fevral 2018 tarixində dərc olunub.

Ağdaş rayonunda içərisində gənc ailənin olduğu avtomobil su kanalına düşüb, sürücü ölüb, həyat yoldaşı və 6 aylıq qızı xəsarət alıb.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, Bakı-Qazax yolunun Ağdaşın Aşağı Ləki kəndindən keçən hissəsində Bakı sakini, 1990-cı il təvəllüdlü Hümbətzadə Oruc Mehbalı oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, su kanalına düşüb. Nəticədə sürücü hadisə yerində ölüb, onun həyat yoldaşı, 1999-cu il təvəllüdlü Hümbətzadə Mənsumə Bəhruz qızı və qızı, 2017-ci il təvəllüdlü Selcan Hümbətzadə ağır xəsarətlər aldığı üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif: