Ucnoqta.az
www.ucnoqta.az

Yük maşını aşdı, 30 miqrant öldü

17:02 - 14 Fevral 2018 tarixində dərc olunub.

Liviyanın cənub-qərbində, Bəni Valid şəhərində ağır yol qəzası baş verib.
 
"Ucnoqta.az" Modern.az-a istinadla bildirir ki, təqribən 300 miqrant olan yük maşını sürücünü idarəetməni itirməsi nəticəsində aşıb.
Hadisə nəticəsində ən azı 30 nəfər ölüb, 100-dən çox şəxs xəsarət alıb.
 
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Miqrantların əsasən Somali və Eritreyadan olduğu bildirilir.

 

Müəllif: