Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda 2 yaşlı uşaq qaynar qazanda yandı

14:58 - 14 Fevral 2018 tarixində dərc olunub.

Tovuz rayonunda azyaşlı uşaq qaynar suda yanıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, hadisə rayonun Hunanlar kəndində baş verib. Kənd sakini, 2016-cı il təvəllüdlü Quluzadə Nuray Elman qızı evlərində qaynar su ilə dolu qazana düşüb. Uşaq yanıq xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 

Hazırda uşağın vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: