Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>SON DƏQİQƏ!</b></font> Türkiyə ordusu Afrinin mərkəzinə doğru irəliləyir

11:15 - 12 Fevral 2018 tarixində dərc olunub.

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində indiyədək 1369 terrorçu məhv edilib.
 

Bu barədə Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.
 

Hərbi əməliyyatın 23-cü günündə terrorçuların mövqelərinə qurudan və havadan zərbələr endirilməsi davam edib.
 

Türkiyə ordusunun Afrinin mərkəzinə doğru mühüm nöqtələrdən biri olan Cinderese çatmasına 3 km məsafə qaldığı bildirilir.
 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.


//Trend//

Müəllif: