“AtaSığorta” ASC sığorta bazarına iki yeni kasko məhsulunun satışını çıxarıb. Bunlar “SƏRFƏLİ SIĞORTA” və "QOŞA KASKO" məhsullarıdır. QOŞA KASKO sığorta məhsulu əsasən iki avtomobili olanlar üçün nəzərdə tutulub. Belə ki, müştərinin iki avtomobili varsa, birinci avtomobil 3,5% tariflə, ikinci avtomobil isə 50% endirimlə yəni, 1,75%-lə sığortalanır. Başqa sözlə, 10 min manatlıq avtomobilin 1-ci avtomobilin kasko sığortası 350 manatdırsa, 2-ci 10 min manatlıq avtomobilin kasko sığortası 175 manata başa gəlir.
“Sərfəli Sığorta” kasko sığorta məhsulu müştərilərə öz avtomobillərini yarı qiymətə sığortalamaq və nəticədə vəsaitlərinə qənaət etmək imkanı verir. Belə ki, sığorta müqaviləsi bağlanan zaman Sığortalı sığorta haqqının birinci yarısını ödəyir. İkinci yarısı isə yalnız sığorta müddəti ərzində baş vermiş sığorta hadisəsi üzrə sığorta ödənişi həyata keçirildiyi təqdirdə Sığortalı tərəfindən ödənilir. Lakin sığorta müddəti ərzində sığorta hadisəsi baş vermədiyi təqdirdə ikinci yarısı Sığortalı tərəfindən ödənilmir.
Məsələn: dəyəri 10 000 AZN olan avtomobili 100 AZN azadolma ilə sığortalamaq üçün müştəri 400 AZN sığorta haqqı ödəməlidirsə, cəmi 200 AZN (50%-i) ödəyir. İl ərzində sığorta hadisəsi baş vermədiyi halda sığorta haqqının ikinci hissəsini ödəmək lazım olmayacaq. Sərfəli KASKO məhsulu istehsal tarixi 2000-ci ildən yuxarı bazar dəyəri 10-60 min manat olan avtomobillərə şamil edilir. Azadolma məbləği adi qaydada 100 manat, avtomobil kommersiya məqsədi ilə istifadə ediləndə isə 1000 manat təyin edilir.
Hər iki məhsul üzrə detallı məlumat bunlardır:
QOŞA KASKO MƏHSULUNA DAİR MƏLUMAT
Sığortalı: |
Fiziki şəxslər |
Sığortaçı: |
“AtaSığorta” ASC |
Sığorta müddəti: |
Razılaşdırılmış tarixdən etibarən 12 ay müddətində |
Coğrafi ərazi: |
Azərbaycan Respublikası |
Bölmə 1: Nəqliyyat vasitələrinin (kasko) sığortası
Minik avtomobilləri üzrə Sığorta tarifləri: |
Sığorta haqqının məbləği ilkin avtomobilin real bazar dəyərinin 3.5 %-ini, ikinci avtomobilin real bazar dəyərinin 1.75 %-ini təşkil edir.
İki avtomobildən bazar dəyəri baha olana 3.50% tarif tətbiq olunur. |
QOŞA KASKO üzrə xüsusi şərtlər: |
|
“SƏRFƏLİ SIĞORTA” - KASKO MƏHSULUNA DAİR MƏLUMAT
Sığortalı: |
Fiziki şəxslər |
Sığorta olunan: |
Avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs |
Sığortaçı: |
“AtaSığorta” ASC |
Sığorta müddəti: |
Razılaşdırılmış tarixdən etibarən 12 ay müddətində |
Coğrafi ərazi: |
Azərbaycan Respublikası |
Bölmə 1:
Minik avtomobilləri üzrə Sığorta tarifləri: |
Sığorta tarifi – 4.00% təşkil edir.
|
Xüsusi şərtlər: |
|