Ucnoqta.az
www.ucnoqta.az

AŞ PA həmməruzəçilərinin Azərbaycana səfəri planlaşdırılmır

22:29 - 8 Fevral 2018 tarixində dərc olunub.

Hazırda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycana səfəri planlaşdırılmır.
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə məlumatı Trend-ə AŞ PA-nın mətbuat xidmətindən veriblər.
 

Qeyd edək ki, bir neçə gün əvvəl AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak "Twitter" səhifəsində gözlənilən səfər barədə məlumat vermişdi.
 

S.Şennak qeyd etmişdi: “Novruz yaxınlaşır, həmçinin seçkilər və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubiley tarixi yaxınlaşır. Biz çoxlu sayda məhbusun azad ediləcəyinə ümid edirik”.

Müəllif: