Ucnoqta.az
www.ucnoqta.az

"Menbiçdən çıxmırıq, işimiz savaşmaqdır" — <font color=red><b>Amerikalı generaldan ŞOK AÇIQLAMA</b></font>

17:44 - 8 Fevral 2018 tarixində dərc olunub.

YPG/PYD qruplaşmasının nəzarəti altında olan Menbiçə səfər edən ABŞ generalı Fank amerikalı əskərlərin bu bölgədə qalacağını bildirib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Fank Menbiçin İŞİD terrorçularından təmizləndiyini və bunun daimi olmasını təmin etmək üçün bölgədə olduqlarını bildirib.
 

Menbiçə səfəri zamanı jurnalistlərin suallarını cavablandıran general Amerika hərbi qüvvəsinin kürd müttəfiqlərini dəstəkləmək və Türkiyənin hərəkatından sonra gərginliyi azaltmaq üçün Menbiçə olduğunu söyləyib.

Fank, Türkiyənin açıqlmalarının onu narahat edib-etmədiyinə dair suala "Mənim işim narahat olmaq deyil. Mənim işim savaşmaqdır"-deyə cavab verib.
YPG terror qruplaşmasının ana qolu olan "Suriya Demokratik Qüvvələri"nə çox güvəndiyini qeyd edən general "Heç kəs bacarmadığı halda, onlar Rakkanı təmizlədilər. Bu isə onların masada yer təmin etmələrinə kömək etdiyini düşünürəm"-deyib.

Müəllif: