Ucnoqta.az
www.ucnoqta.az

Rusiyalı dünya çempionunu öldürən azərbaycanlının məhkəməsi

10:36 - 8 Fevral 2018 tarixində dərc olunub.

Rusiyanın pauerliftinq üzrə Avropa və dünya çempionu Andrey Draçevi öldürməkdə ittiham edilən Anar Allahverənovun ilk məhkəmə iclası keçirilib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Anar ifadəsində Draçovu öldürmədiyini, sadəcə onunla dalaşdığını bildirib. Anar qətl törətmədiyini deyib. Bu məlumatı onun vəkili Konstantin Lısenko verib.
 

Vəkil deyib: "İlk məhkəmə iclasında müvəkkilim Anar Allahverənov bəyan etdi ki, qətl törətməyib. Bu, adi küçə davası olub".
 

Vəkil bildirib ki, ilk dinləmədə şahidlərdən biri dindirilib. Draçevlər ailəsinin vəkili də məhkəmənin başladığını bildirib. İttiham tərəfi də məhkəməyə öz şahidlərini dəvət edib.

Müəllif: