Ucnoqta.az
www.ucnoqta.az

Seçki bülletenlerinin hazırlanması martın 7-dək başa çatacaq

10:18 - 8 Fevral 2018 tarixində dərc olunub.

Növbədənkənar prezident seçkilərində Mərkəzi Seçki Komissiyası tərəfindən seçki bülletenlərinin hazırlanması qaydası, forması və sayının təsdiq edilməsi prosesi martın 7-dək başa çatmalıdır.
 
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət tədbirlərinin Təqvim Planında qeyd edilib.
 
Səsvermə protokollarının MSK tərəfindən dairə seçki komissiyalarına, DSK-lardan məntəqə seçki komissiyalarına verilməsi prosesi səsverməyə ən azı 4 gün qalanadək, yəni aprelin 7-dək başa çatmalıdır.
 
MSK tərəfindən seçki bülletenlərinin hazırlanması səsvermə gününə ən azı 10 gün qalanadək, yəni aprelin 1-dək başa çatacaq.

Müəllif: