Ucnoqta.az
www.ucnoqta.az

Afrində məhv etdilən terrorçuların sayı 1000-ə çatıb

11:14 - 7 Fevral 2018 tarixində dərc olunub.

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 999 terrorçu məhv edilib.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Əməliyyatın 19-cu günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 29 terrorçusu zərərsizləşdirilib.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.

Müəllif: