Ucnoqta.az
www.ucnoqta.az

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

09:48 - 7 Fevral 2018 tarixində dərc olunub.

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.
 

Axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
 

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
 

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.



//Trend//

Müəllif: