Ucnoqta.az
www.ucnoqta.az

Qəbələ "İslam dünyasının turizm paytaxtı" seçildi

11:51 - 6 Fevral 2018 tarixində dərc olunub.

Qəbələ şəhəri 2020-ci il "İslam dünyasının turizm paytaxtı" seçilib.

 

"Ucnoqta.az" Trend-ə istinadən bildirirki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin X konfransının bu gün keçirilən iclasında 2019-cu il "İslam dünyasının turizm paytaxtı" Dəkkə (Banqladeş) və 2020-ci il "İslam dünyasının turizm paytaxtı" isə Qəbələ olub.

 

Qeyd edək ki, 2016-cı ildə "İslam dünyasının turizm paytaxtı" Konya olub. 2017-ci ildə isə bu şərəfli adı Mədinə, 2018-ci ildə Təbriz daşıyıb.

Müəllif: