Ucnoqta.az
www.ucnoqta.az

Bu qış Gürcüstana gedən azərbaycanlı turistlərin sayı artıb

20:50 - 6 Fevral 2018 tarixində dərc olunub.

2018-ci ilin yanvarında Gürcüstana gələn azərbaycanlı turistlərin sayı ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 0,8 faiz artıb.
 

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən bildirir ki, bunu Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze deyib.
 

O bildirib ki, Gürcüstana daha çox Azərbaycan vətəndaşları səfər edir.
 

Ümumilikdə bu ilin yanvar ayında Gürcüstana 444,2 min əcnəbi gəlib. Bir il ərzində bu göstərici 14,8 faiz artıb.

Müəllif: