Ucnoqta.az
www.ucnoqta.az

AŞ PA həmməruzəçiləri Azərbaycana səfər edəcəklər

09:55 - 6 Fevral 2018 tarixində dərc olunub.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri tezliklə Azərbaycana faktaraşdırıcı səfər etməyi planlaşdırırlar.

 

Trend-in məlumatına görə, bu barədə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak özünün "Twitter" səhifəsində yazıb.

 

S.Şennak qeyd edib: “Novruz yaxınlaşır, həmçinin seçkilər və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubiley tarixi yaxınlaşır. Biz çoxlu sayda məhbusun azad ediləcəyinə ümid edirik”.

 


//Trend//

Müəllif: