Ucnoqta.az
www.ucnoqta.az

<b>Bu nazir müavini vəzifəsindən azad edildi: <font color=red>Nazirlikdə ciddi dəyişiklik</b></font>

15:52 - 5 Fevral 2018 tarixində dərc olunub.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov vəzifəsindən azad olunub.
 
 
 
"Ucnoqta.az" "APA-Economics"ə istinadən xəbər verir ki, İ.Məmmədovun adı nazir müavinləri siyahısından çıxarılıb.
 
 
 
Qeyd edək ki, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli sərəncamı ilə Əli Abdullayev nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.
 
 
 
Bundan başqa, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli digər sərəncamı ilə Elmir Vəlizadə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub.

Müəllif: