Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevir Teatrının 50 illiyi qeyd olunacaq

20:21 - 2 Fevral 2018 tarixində dərc olunub.

Prezident İlham Əliyev Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi haqqında sərəncam imzalayıb.


"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən bildirir ki, sərəncamda milli teatr sənətinin inkişafında özünəməxsus mövqeyə malik Mingəçevir Dövlət Dram Teatrının 50-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinə teatrın yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Müəllif: