Ucnoqta.az
www.ucnoqta.az

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana səfər edəcəklər

10:20 - 2 Fevral 2018 tarixində dərc olunub.

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana səfər edəcəklər.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, ABŞ nümayəndəsi Endryu Şofer, Fransa nümayəndəsi Stefan Viskonti və rusiyalı həmsədr İqor Popovun 7 fevral tarixində Ermənistana səfər edəcəkləri məlum olub.
 

Həmsədrlər Ermənistandan əvvəl sabah, yəni 3 fevral tarixində Bakıya səfər edəcəklər. 4 fevral tarixində isə həmsədrlərin Azərbaycan rəsmiləri ilə görüşləri planlaşdırılıb. 
 

ATƏT-in həmsədrləri Ermənistanda da ölkə rəhbərliyi ilə görüşəcəklər. Görüşlərin məqsədi Dağlıq Qarabağ probleminin həlli yollarıdır.

Müəllif: