Ucnoqta.az
www.ucnoqta.az

Qış Olimpiya Oyunları kəndi rəsmən açıldı

16:20 - 1 Fevral 2018 tarixində dərc olunub.

Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarının açılışına 8 gün qalmış Pxençxanda olimpiya kəndinin rəsmi açılışı olub.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Olimpiya Oyunlarının iştirakçıları bu kənddə qalacaqlar. Eyni zamanda Paralimpiada iştirakçıları sayılan əlil idmançılar da binalara yerləşdiriləcəklər.
 

Kənd Kanın şəhərciyində salınıb. Şəhərcik idman yarışları keçiriləcək obyektlərə yaxındır.
 

Pxençanda idmançılar üçün 15 mərtəbələi 8 bina var. Ümumi olaraq burada 3894 nəfər yaşaya bilər.
 

Kanında isə 22-25 mərtəbəli 9 bina var. Burada 2717 idmançı qala bilər.

Müəllif: