Rusiya İtaliyanın ATƏT-dəki sədrlik proqramını konstruktiv və gələcəyə yönəlik hesab edir.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov italiyalı həmkarı və ATƏT-in hazırkı sədri Ancelino Alfano ilə görüşü zamanı deyib.
S.Lavrov italiyalı həmkarı ilə görüşlərin etimad çərçivəsində keçdiyini qeyd edib: “Biz İtaliyanın ATƏT-dəki sədrlik proqramını maraqla qarşıladıq, biz bu proqramı konstruktiv hesab edirik”.
Qeyd edək ki, bu gün A.Alfanonun Rusiyaya səfəri başlayıb.