Ucnoqta.az
www.ucnoqta.az

Aşıq Namiq hakim qarşısında

12:33 - 31 Yanvar 2018 tarixində dərc olunub.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"Ucnoqta.az" “Ölkə.Az”-a istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə baxışı fevralın 7-nə təyin edilib. 
 

Qeyd edək ki, təqsirləndirilən şəxslər kömpüter alqı-satqısı adı altında aşıq Namiq Fərhadoğlu da daxil olmaqla bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq ediblər.

Müəllif: