Ucnoqta.az
www.ucnoqta.az

"Zeytun budağı"na görə heç bir dinc sakin xəsarət almayıb" <font color=red><b>- Nazir</b></font>

11:49 - 31 Yanvar 2018 tarixində dərc olunub.

Türkiyə Silahlı Qüvvələrinin Afrində apardığı "Zeytun budağı" əməliyyatının gedişində dinc sakinlər xəsarət almayıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.
 

O qeyd edib ki, Türkiyə Ordusu yalnız PYD və YPG terrorçularının mövqelərini məhv edir.
 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Müəllif: