Ucnoqta.az
www.ucnoqta.az

"Talassemiya ilə mübarizədə KİV-in rolu"

11:20 - 31 Yanvar 2018 tarixində dərc olunub.

31 yanvar 2018-ci il tarixində Talassemiya Mərkəzində "Talassemiya ilə mübarizədə KİV-in rolu" mövzusunda konfrans keçirildi.


"Ucnoqta.az" xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi və Talassemiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransın əsas məqsədi kütləvi informasiya vasitələri ilə birgə talassemiyadan əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsi və bu xəstəliyin yayılmasının qarşısını almaq üçün ictimaiyyətin kütləvi maarifləndirilməsi, talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə və təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə düzgün PR və digər maarifləndirmə vasitələri ilə dəstək vermək idi. Konfransda Milli Məclisin üzvləri, nazirliklər, dövlət qurumlarının, KİV-lərin və ictimai birliklərin nümayəndələri iştirak edirdi.
 

Təxminən 100 nəfərdən artıq nümayəndənin iştirak etdiyi tədbiri giriş sözü ilə Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov açdı. Valeh həkim konfrans iştirakçılarına xəstəliyin etiopatogenezi, klinikası, müalicəsi, eləcə də inkişaf sxemi, yayılma arealı və müasir tibbi metodların tətbiqi ilə xəstəliyin minimuma endirilməsi və s. haqda məlumat verdi. 
 

Daha sonra millət vəkilləri, Səhiyyə Nazirliyinin mütəxəssisləri, Azərbaycan Media İnkişaf Mərkəzi və Heydər Əliyev Fondunun nümayəndələri konfransda çıxış etdilər.
 

Könül Əhmədova

Müəllif: