Ucnoqta.az
www.ucnoqta.az

Əvəz Ələkbərovun oğluna yeni vəzifə verildi

16:54 - 30 Yanvar 2018 tarixində dərc olunub.

Azərbaycan Beynəlxalq Bankında yeni vəzifə təyinatı olub.

"Ucnoqta.az" FED.az-a istinadən xəbər verir ki,  Beynəlxalq Bankın departament direktorunun müavini Zaur Ələkbərov Bankın idarə heyətinin sədrinin müşaviri vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, Z.Ələkbərov 1986-cı il avqustun 23-də Bakıda anadan olub. 2006-cı illərdə İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. 2006-2008-ci illərdə isə magist təhsili alıb. 2017-ci ildə isə İsvecrənin Losanna şəhərində Beynəlxalq İdarəetmənin Təkmilləşdirilməsi institutunu bitirib. 

Əmək fəaliyyətinə "Unibank"da başlayıb. Daha sonra "Bank Respublika"da filial müdiri olub.

2016-cı ildən isə Beynəlxalq Bankda Korporativ Biznes Departamentinin direktor müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Z.Ələkbərov keçmiş maiiyyə naziri Əvəz Ələkbərovun oğludur. 

Müəllif: