Ucnoqta.az
www.ucnoqta.az

Putin ABŞ-ın sanksiya siyahısı haqqında: <font color=red><b>"İt hürər, karvan keçər"</b></font>

16:39 - 30 Yanvar 2018 tarixində dərc olunub.

 "Rusiya daxili məsələlərlə məşğul olmalıdır. İt hürər, karvan keçər".

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Qonaq Evində keçirdiyi görüşdə ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən hazırlanan və Konqresə təqdim olunan "Kreml siyahısı"na münasibət bildirərkən deyib.

O, Rusiya rəsmiləri və oliqarxlarını bu siyahıya əhəmiyyət verməməyə çağırıb: "Biz belə şeyləri yox, özümüzü, iqtisadiyyat və kənd təsərrüfatımızı, səhiyyəmizi, müdafiə qabiliyyətimizi düşünməliyik".

V.Putin özünün adının "Kreml siyahısı"na düşməməsinə zarafatla münasibət bildirib: "Bu çox üzücüdür".

Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyinin Konqersə təqdim etdiyi “Kreml məruzəsi”ndə Rusiyanın 114 yüksək vəzifəli məmurunun, dövlət şirkəti rəhbərlərinin və 96 oliqarxın adı var.

Müəllif: