Ucnoqta.az
www.ucnoqta.az

Avropa Komissiyasının Baş direktoru Bakı Ələt limanı ilə tanış olur

18:28 - 30 Yanvar 2018 tarixində dərc olunub.

Azərbaycanda səfərdə olan Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololei bu gün Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməliyyat imkanları ilə tanış olub.

"Ucnoqta.az" "Ölkə.Az"-a istinadən bildirir ki, tanışlıq zamanı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş direktoru Taleh Ziyadov liman haqqında qonağa ətraflı məlumat verib. 

Hazırda Henrik Hololeinin limanla tanışlığı davam edir. 

Müəllif: