Ucnoqta.az
www.ucnoqta.az

Ev alan jurnalistlərə mənzillərin açarları təqdim olunur — <font color=red><b>FOTOLAR</b></font>

11:56 - 30 Yanvar 2018 tarixində dərc olunub.

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində 2017-ci ildə açılışı olmuş ikinci binada mənzillərin açarlarının jurnalistlərə təqdim olunması mərasimi keçirilib.

"Ucnoqta.az" "Ölkə.Az"-a istinadən bildirir ki, tədbirdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Milli Məclisin deputatları, KİV rəhbərləri və jurnalistlər iştirak edir. 

 Jurnalistlərə mənzillərin açarlarının təqdim olunmasını mühüm bir hadisə kimi dəyərləndirən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəzilərinin Azərbaycan dövlətinin media siyasətinin iflasa uğradığını söyləməsinin təəssüf doğurduğunu vurğulayıb. 
Media siyasətinin uğurlu nəticələrinin ortada olduğunu vurğulayan Ə. Həsənov mənzillərin jurnalistlər üçün uğurlu, xeyirli olmasını arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə binanın artıq istismara qəbul edildiyini söyləyib.

Birinci bina ilə müqayisədə ikinci binada jurnalistlərə mənzillərin açarlarının verilməsinin gecikməsinə toxunan V.Səfərli deyib ki, binanın istismar aktı olmadan binada yaşayışın olması mümkün deyildi: 

"Bu gündən binada mənzillərdə yaşamaq mümkün olacaq. İşıq, su mənzillərin sahiblərinin adınadır, yalnız qaz kartları binanın tikintisini aparan şirkətin adınadır. Jurnalistlər özləri "Asan kommunal"da qaz kartlarını öz adlarına keçirə bilərlər". 

Daha sonra mənzillərin açarları jurnalistlərə təqdim edilib. 

Müəllif: