Ucnoqta.az
www.ucnoqta.az

Qədim Tiflisin koloritləri

12:07 - 29 Yanvar 2018 tarixində dərc olunub.
 Qədim Tiflisdən söz düşəndə ilk növbədə ğaraçoxelilər (qara çuxalılar), kintolar və sazandarlar yada düşür. Sazandarlar qədim Tiflisin koloriti idilər. Ö dövrün sazandarları olan Allahverdi, Səttar, Cəfər, Evahgül və başqaları müxtəlif şənliklərdə öz sənətkarlıqlarını böyük ustalıqlarla nümayiş etdirirdilər. Hamı onları dinləmək istəyirdi, sevirdilər. Vaxt keçdikcə onların yerini başqa nəsil əvəz edir. Yeni nəslin nümayəndələrindən biri də Əbdülbaqi Zülalov idi. Gözəl səsinə görə onu “Bülbülcan” da adlandırırdılar. 
Əbdülbaği barəsindəı çox eşitmişəm. Onun barəsində müəyyən faktlar da toplamışam. Təsadüfi deyildir ki, Gühüseyn Kazımlı və Vasif Quliyevin Bülbülcan barəsində kitabını gürcü yazıçısı Naro Kolxeli ilə birlikdə gürcü dilinə tərcümə edib nəşrə hazırlamışam.Tərcümə ilə yanaşı axtarışlarımı da davam etdirdiyimdən onun haqqında kitabda olmayan bəzi əhvalat və şəkillər əldə etmişəm.onları sizin nəzərinizə şatdırmaq istəyirəm.

    ***

 O dövrün tanınmış çianurçalanı L. Qaraxan belə xatırlayır:”Əbdülbaqi fenomen  xanəndə olub. Onun dəstəsi 1902-ci ildə hər bazar günü “Aristrokrat” klubunda  müqavilə əsasında çalıb oxuyurdu. Mən də bu dəstədə  bir nağarçı kimi iştirak edirdim. Bazar günlərinin birində Georgi Amilaxvarinin (Əsilzadə nəslinə mənsub-M.M)  klubda hansısa əcnəbinin şərəfinə ziyafət təşkil etmişdi. O, Əbdülbaqiyə müraciət edərək: Di, Əbdül, gəl görək, neyləyirsən!”-dedi. Əbdülbaqi öz vəzifəsinin öhdəsində layiqincə gəldi. “Cahargah” muğamının  üçüncü hiissəsi olan Hisarı ifa edərkən üç dəqiqə yarım  ərzində  nəfəsini dərməmiş, yeddi dəfə  səsinin avazını dəyişərək həmin hissəni guşədən guşəyə keçərək başa vurmuşdur. Halbuki, onun xüsusu vokal  təhsili yox idi və nəfəsini saxlayan zaman diafraqmadan istifadə olunması barədə heç nə bilmirdi”.

Levan Qaraxan başqa  bir yerdə qeyd edir: “Təxminən 1904-cü ildə böyük knyaz Mixail Nikolayeviç Romanov Tiflisə təşrif buyuran zaman şəhər idarəsi Verada “Edem” bağ-restoranında onun şərəfinə ziyafət təşkil edir. Ziyafətə  Əbdülbaqi öz dəstəsi ilə dəvət olunur. Özünün sevimli muğamını- “Çahargah” təsnifini oxuyur. Muğamın üçüncü hissəsini- “Hisar- müxalif”i ifa edərkən orada olanların hamısını heyran edir, təəccüblənən knyaz Abdulbaqiyə, onun ağzında heç bir alətin olmamasına əmin olması üçün ağzını açmağı və təkrar oxumasını buyurur. Böyük knyazın təəccübündən həvəsə gələn xanəndə təkrar olaraq elə gözəl oxuyur ki, onun ifasına məftun olan böyük knyaz ayağa qalxır, barmağından bahalı üç karatlıq briliant qaşlı qızıl üzüyü  öz əli ilə xanəndənin sol əlinin çeçələ barmağına taxır. Həm də elə həmin an onu müşaiyət edənlərə iki dəstə on tümənlik əskinazı gətirməyi əmr edir. Knyazın əmri dönmədən yerinə yetirilir:Dərzi gətirirlər ki, bu da kibrit dənələri ilə “Çuxa” tikir və onu xanəndənin əyninə geyindirirlər. “Çuxa” 20-25 dəqiqə ərzində Əbdulbaqinin əynində olub, sonra isə onu sökərək  Bağdad yaylığına büküb xanəndəyə verirlər. Qiymətli üzüyə gəldikdə, onu Əbdülbaqi ömrünün axırına kimi barmağında gəzdirib, sonra isə Bakı muzeylərindən birinə təhvil vermişdir ki, bu günə kimi  də qorunub saxlanılır”.

***

 İran ordusunun generalı, diplomat, ictimai-siyasi xadim, əslən türk olan Mirzə Rza xan İrəvaninin memuralarına uyğun olaraq  «Almaz sarayı»nın (müasirləri onu belə adlandırırdılar) rəsmi açılışı  Nəsrəddin şahın anadan olması gününə, yəni iyulun 16-a salınıb və 1892-ci ildə yeni açılmış konsulluqda  möhtəşəm bayram keçirilib.  Baş konsulun əmri ilə bayramda qonaqların şərabı birbaş hovuzdən doldurması üçün, mərmər hovuzun şəlaləsini elə təşkil etmişdilər ki, oradan su əvəzinə  Kaxetinin qırmızı şərabı axırdı. Bunun üçün hovuzun hər dörd tərəfində akasiya gülləri formasında  ağac tayaları bərkitmişdilər ki, buraya da dörd minə qədər şüşə şərab yerləşirdi. Qovzə kauçuk borular ilə şəlalənin borusuna birləşdirilmişdi. Kranı açan kimi hovuz şərabla dolurdu. Axar suyu və çəməni olan bu bağça sanki Cənnət bağını xatırladırdı.Hovuzun həndəvərindəki həyət, ağacların dibi və tayalar müxtəlif rəngli güllər ilə bəzədilmişdi. Yuxarıdan yüzlərlə çin və yapon fənərləri asılmışdı ki, onlar da hovuzu və onda qırmız rəngə salan şərabı işıqlandırırdı. Mtatsmindada  konsulluq ilə üzbəüz  tərəfdə atəşfəşanlıq təkşil edilmişdi ki, bu da bayrama rövnəqlik, parlaqlıq  əlavə edirdi.  Otaqlar və həyət yerli əyan qadın və kişilər ilə, eləcə də Tiflisdə yaşayan iranlılar ilə dolu idi. Hovruzun hər tərəfində əllərində gümüş piyalə ilə duran ofisiantlar qonaqları şəraba qonaq edirdilər. Axşamda baş komandanın hərbi orkestri və Qədim Tiflisinin tanınmış xanəndəlrindən biri, azərbacanlı musiqiçisi Əbdülbaqinin (Bülbülağanın) dəstəsi mahnılar ifa  edirdi. Bu füsunkar mənzərəyə heyran olan Tiflis qubernatoru Giorgi Şervaşidze Mirzə Rza xana deyib: «Bu axşam məni müsəlmana çevirdiniz...  Sizin peyğəmbərinizin ayələrdə cənnəti təsvirini oxumuşdum, lakin  onun varlığına inanmırdım, bu axşam isə əmin oldum ki, Məhəmmədin vəd etdiyi cənnət doğrudan da mövcuddur və o burdakı mənzərənin eynisidir».

 Beləliklə, Əbdülbaqi də daxil olmaqla qədim Tiflisin qədim cizgilərinə  baş vuraraq  onlara aydınlıq gətirməklə bir çox Azərbaycan xanəndələri barədə yeni-yeni məlumatların üzərə çıxarılmasına  ümid bəsləməklə bu sahədə axtarışlarımı yenə də  davam etdirməkdəyəm.

Mirzə Məmmədoğlu

Ədulbaqinun dəstəsi
1. Çianur çalan İohane, nağara çalan Kərim. 6. Anton Dadiani, 9. Karapet Luxinski,10. Abdulbaqi, 11. Sadax Taras.
Milli Elmi Kitabxana, İosif Qrişaşvilinin kitabxana-muzeyi. Qalanlarını İ. Qrişaşvili güman ki, tanıya bilməyib. Ona görə də inların adları qeyd olunmayıb. 
 
2. Şəkilaltı: Xanəndə Əbdülbaqi Zülalovun (Bülbülcanın) dəstəsi (soldan) nağaraçı Anton, xanəndə Əbdülbaqi, tarzən Şəmil Məlikov, kamançaçı Sevi (Tiflis, 1890-cı il) 
 
 
 
Müəllif: