Ucnoqta.az
www.ucnoqta.az

“Qırmızı kitab”a düşən quşları ovlayan 3 nəfər saxlanılıb

11:25 - 29 Yanvar 2018 tarixində dərc olunub.

Ağsu rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz ov edənlərə qarşı keçirdiyi reyd zamanı adı “Qırmızı kitab”a düşən quşları qanunsuz ovlayan şəxsləri saxlanılıb. 
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, rayonun Cəfərli kəndi yaxınlığında 3 nəfər tutulub.
 
Onlar Ağsunun Kəndoba kənd sakinləri - 1989-cu il təvəllüdlü İbadov Zaur Cəfərxan oğlu, 1988-ci il təvəllüdlü İbadov Qahir Asət oğlu və 1983-cü il təvəllüdlü Məhəmmədli Ramazan Fəxrəddin oğlu olduğudur.
 
Həmin şəxslərdən 3 ədəd qoşalüləli ov tüfəngi və 18 ədəd güllə, ovladıqları adı "Qırmızı kitab"a düşmüş 4 Bəzgək quşu götürülüb.
 
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
 
Qeyd edək ki, Bəzgək quşlarının sayı azaldığı üçün 1989-cu ildə adı "Qırmızı kitab"a daxil edilib. Həmin quşların qanunsuz ovlanan hər birinə görə 330 manat cərimə nəzərdə tutulub.

Müəllif: