Ucnoqta.az
www.ucnoqta.az

Hökmdən apellyasiya şikayəti veriblər

10:23 - 29 Yanvar 2018 tarixində dərc olunub.

Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin öldürülməsinə görə təqsirləndirilənlər - Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədov barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə 2017-ci il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin binasında baş verib. 
 

Yolçu Qocayev, tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində döyülərək öldürülüb. P.Hüseynov və R.Məmmədov xuliqanlıqda, E.Nəhmədov isə xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirləndirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə E.Nəhmədov 5 il, R.Məmmədovun 2 il 6 ay, P.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. E.Nəhmədovun təqsirləndirildiyi qəsdən adam öldürmə maddəsi ehtiyatsızlıqdan adam öldürmə maddəsinə tövsif edilib.
 

Hər üç şəxsin apellyasiya şikayəti və prokurorun protesti icraata qəbul edilib. Prokuror cəzanın ağırlaşdırılmasını istəyib. Proses üzrə ilkin baxış iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə fervalın 2-də keçiriləcək.

Müəllif: