Ucnoqta.az
www.ucnoqta.az

Nazirlikdən dəftərxanadakı partlayışda yaralananın vəziyyəti ilə bağlı - <font color=red><b>Açıqlama</b></font>

10:04 - 29 Yanvar 2018 tarixində dərc olunub.

Yanvarın 27-də Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada baş verən qəzada yaralanan xəstənin vəziyyəti çox ağırdır.

"Ucnoqta.az" xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Onun sözlərinə görə, Respublika Yanıq Mərkəzinə yerləşdirilən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlunun bədəninin 90 fazi yanıb. L.Bayramova xəstənin vəziyyətinin ağır olaraq qaldığını qeyd edib.

Qeyd edək ki, yanvarın 27-də Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada qaz sızması nəticəsində qəza olub.

Müəllif: