Ucnoqta.az
www.ucnoqta.az

Səhiyyə Nazirliyi: <font color=red><b>Ötən il 362 qida zəhərlənməsi olub, 6 nəfər ölüb</b></font>

16:00 - 26 Yanvar 2018 tarixində dərc olunub.

2017-ci ildə Azərbaycanda baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb.
 
"Ucnoqta.az" xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov APA-ya deyib ki, ötən il əhali arasında 362 qida zəhərlənməsi halı baş verib, 565 nəfər zərər çəkib.
 
O bildirib ki, qida zəhərlənmələrindən 21-i botulizm hadisəsi olub, zərərçəkənlərin sayı 41 nəfər təşkil edib.
 
Z. Kazımovun sözlərinə görə, 2017-ci ildə 6 nəfər qida zəhərləməsi nəticəsində ölüb.
 
Şöbə müdiri ölüm hallarının səbəblərini də açıqlayıb. O qeyd edib ki, ölüm halları ev şəraitində hazırlanmış turşulardan baş verib.

Müəllif: