Ucnoqta.az
www.ucnoqta.az

Trampı müşayiət edən avtomobil Davosda polisi vurub - <font color=red><b>VİDEO </b></font>

11:17 - 26 Yanvar 2018 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Trampın kortejindəki avtomobil Davosda İsveçrə polisini vurub

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, insident ötən gecə hüquq-mühafizə orqanı əməkdaşının İsveçrə nümrəsi olan BMW X5 markalı avtomobili saxlamaq istəməsi nəticəsində baş verib. Həmin maşının Trampın kortejinə aid olduğu iddia edilir. 

Maşını saxlamaq istərkən, sürücü dayanmaq əvəzinə, sürəti artırıb və polisi vurub. Hadisə müşahidə kameralarına da düşüb. Polis çevikliyi sayəsində ciddi zədə almayıb. 

Hələ ki, baş verənlərlə bağlı nə İsveçrə, nə də Amerika tərəfi heç bir rəsmi açıqlama verməyib. 

Xatırladaq ki, bu gün Donald Tramp Davos forumunda iştirak edəcək. 

 

Müəllif: