Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan Prezidenti İsrail baş naziri ilə görüşüb

16:57 - 24 Yanvar 2018 tarixində dərc olunub.

Azərbaycan prezidenti İlham Əliyevin Davosda İsrail baş naziri Benyamin Netanyahu ilə görüşü olub.
 
"Ucnoqta.az" xəbər verir ki, görüşdə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlanıb, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olunub.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Müəllif: