Ucnoqta.az
www.ucnoqta.az

H.Z.Tağıyevin imzası olan foto-şəkil Tarix Muzeyinə verilib- <font color=red><b>Foto</b></font>

12:59 - 23 Yanvar 2018 tarixində dərc olunub.

Milli Azərbaycan Tarixi Muzeyi daim öz eksponatlarını zənginləşdirir.

Muzeydən Ucnoqta.az-a verilən məlumata görə, belə ki, Muzeyə görkəmli xeyriyyəçi H.Z.Tağıyevin foto-şəkli hədiyyə edilib. Foto-şəkli Muzeyə Türkiyədə yaşayan həmyerlimiz, Anadolu Universitetinin professoru Zaur Mükərrəm (Məhərrəmov) təqdim edib. Foto-şəklin arxa hissəsində “Əli Hüseynzadəyə yadigar, 3 kanunu-əvvəl (dekabr), 1910” sözləri yazılıb.

Foto-şəklin arxasında H.Z.Tağıyevin öz imzası da var.

Müəllif: