Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanlı çoban “O Səs Türkiyə”dən <font color=red><b>KƏNARLAŞDIRILDI - VİDEO</b></font>

11:02 - 22 Yanvar 2018 tarixində dərc olunub.

Sosial şəbəkələrdə azərbaycanlı çoban kimi məşhurlaşan Pərvin Səfərov "O Səs Türkiyə" yarışmasının növbəti mərhələsinə keçə bilməyib. Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, dünən “O Səs Türkiyə”nin növbəti buraxılışı yayımlanıb. İkinci turdan uğurla keçən azrbaycanlı iştirakçı Pərvin Səfərov 3-cü turda uğursuzuqla qarşlaşıb.

Murad Bozun komandasında olan Pərvin Səfərov digər iki yarışmaçı ilə birlikdə “Değme benim gamlı yaslı gönlümə” adlı türk mahnısını ifa edib. Murad Boz 3 iştirakçıdan Aslını seçib. Beləliklə də, həmyerilimiz yarışmadan uzaqlaşdırılıb.

Xatırladaq ki, Pərvin Səfərov Neftçala rayonu Qaçaqkənd kəndində anadan olub. O, Netfçalda heyvandarlıqla məşğul olur.

Müəllif: