Ucnoqta.az
www.ucnoqta.az

Pele xəstəxanaya yerləşdirilib

17:02 - 19 Yanvar 2018 tarixində dərc olunub.

Braziliya millisinin sabiq futbolçusu Pele xəstəxanaya yerləşdirilib.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, 77 yaşlı veteran özünü halsız hiss edib. Bu səbəbdən, "Futbol kralı"nın İngiltərənin paytaxtı Londona səfəri təxirə salınıb. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər.

Qeyd edək ki, Pele üçqat dünya çempionudur.

Müəllif: