Ucnoqta.az
www.ucnoqta.az

İsa Qəmbər bu gün evə buraxılacaq

10:05 - 18 Yanvar 2018 tarixində dərc olunub.

İsa Qəmbər bu gün xəstəxanadan evə buraxılacaq.
 
"Ucnoqta.az" xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinik Xəstəxananın kardioloqu, İsa Qəmbərin həkimi Firdovsi İbrahimov məlumat verib.
 
Həkim qeyd edib ki, İ. Qəmbərin səhhəti yaxşıdır, o müalicəsini ev şəraitində davam etdirəcək.
 
Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İ. Qəmbər ötən həftə xəstəxanaya yerləşdirilib. Onun ürəyinə bir neçə stent yerləşdirilib.

Müəllif: