Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb - <font color=red><b>3 hərbçi şəhid olub</b></font>

16:30 - 17 Yanvar 2018 tarixində dərc olunub.

Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb.

Ucnoqta.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin  İsparta rayonunun Yalvaç qəsəbəsinin Kırkbaş kəndi ərazisində hərbi təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 3 əsgər şəhit olub. Sakinlər təcili tibbi yardıma təyyarənin düşdüyü məlumatını veriblər. Hadisə yerinə çoxlu sayda tibbi briqadalar göndərilib. Qəzaya uğrayan təyyarənin CN-235 CASA tipli karqo təyyarəsi olduğu bildirilir. İsparta valisi təyyarədə olan 2 heyət üzvü və bir texniki işçinin həlak olduğu məlumatını veriblər.

Türkiyə Silahlı Qüvvələri təyyarənin qəzaya uğraması xəbərini təsdiqləyib.

Müəllif: