Ucnoqta.az
www.ucnoqta.az

Bağdadda iki partlayış baş verib - <font color=red><b>ölən və yaralananlar var</b></font>

15:39 - 17 Yanvar 2018 tarixində dərc olunub.

Bu gün İraqın paytaxtı Bağdadda baş verən iki partlayış nəticəsində 8 nəfər ölüb və ya yaralanıb.

"Ucnoqta.az" xəbər verir ki, bu barədə "Report" "Iraqinews.com" saytına istinadən xəbər verir.

Təhlükəsizlik xidmətindəki mənbənin verdiyi məlumata görə, paytaxtın şimalında Əl-Tərmiyyə bölgəsindəki partlayışda 3 nəfər yaralanıb. Əl-Madain bölgəsində baş verən partlayış zamanı isə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Yaralıların hamısı xəstəxanaya çatdırılıb.

Müəllif: