Ucnoqta.az
www.ucnoqta.az

Moskvada bağlardan birinə Müslüm Maqomayevin adı verilib - <font color=red><b>FOTO</b></font>

01:25 - 17 Yanvar 2018 tarixində dərc olunub.

Moskvanın Yeliseyev döngəsində yerləşən bağa məşhur müğənni və bəstəkar, Azərbaycan və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin adı verilib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə qərar Moskva meri Sergey Sobyanin tərəfindən qəbul olunub.
 

Merin müavini Leonid Peçatnikov bildirib ki, 2011-ci ildə bu kiçik parkın yaxınlığında M.Maqomayevin abidəsi qoyulmuşdu. 2017-ci ildə isə bağın yaxınlığında, məşhur müğənninin yaşadığı evdə onun şərəfinə xatirə lövhəsi açılıb.
 

Qeyd edək ki, bu park Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısında yerləşir.

Müəllif: