Ucnoqta.az
www.ucnoqta.az

Məktəbliləri aparan avtobus divara çırpıldı - Onlarla yaralı <font color=red><b>FOTO</b></font>

13:38 - 16 Yanvar 2018 tarixində dərc olunub.

Almaniyanın Eberbax şəhərində məktəbliləri aparan avtobus divara çırpılıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 48 nəfərin xəsarət aldığı bildirilib. 10 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
 

Hadisə yerində xilasedicilər fəaliyyət göstərir. Hazırda polis qəzanın səbəblərini araşdırır.

Müəllif: