Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada məktəbə maskalılar hücum edib - <font color=red><b>9 məktəbli və 1 müəllimə bıçaqlanıb</b></font>

11:12 - 15 Yanvar 2018 tarixində dərc olunub.

Rusiyanın Perm şəhərində iki maskalı kişi məktəbə hücum edib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hücum nəticəsində doqquz məktəbli və bir müəllimə bıçaq yarası alıb. 16 yaşlı məktəbli və müəllimənin vəziyyəti ağırdır.
 

Hadisə yerinə Perm əyalətinin qubernatoru və Ərazi Təhlükəsizliyi Nazirliyinin əməkdaşları da gediblər. 
 

Şübhəlilər artıq saxlanılıblar. 

Müəllif: