Ucnoqta.az
www.ucnoqta.az

Mirşahin yeni televiziya açır - <font color=red><b>ANS-çilər orda</b></font>

10:03 - 15 Yanvar 2018 tarixində dərc olunub.

İki il əvvəl bağlanan ANS-in vitse –prezidenti Mirşahin Ağayev yeni televiziya açır.


"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən bildirir ki, Mirşahin komandasını tam formalaşdırıb.
 

Onların arasında ANS-in tanınmış simaları Ləman Ələşrəfqızı başda olmaqla, Azadə Balayeva, Afət Telmanqızı da var.
 

Kanal hələ ki, internet üzərindən yayımlanacaq. Ötən həftədən sınaq çəkilişlərinə start verilən TV-nin 10 günə ictimaiyyətə təqdim olunacağı bildirilir.
 

Bütün televiziya fəaliyyətini ANS-in prezidenti Vahid Mustafayevlə bərabər həyata keçirən Mirşahinin yeni işində silahdaşı ilə birgə olub-olmaması barədə dəqiq məlumat yoxdur. İlkin məlumatlara görə, layihə Mirşahinə məxsusdur.
 

Məsələylə bağlı jurnalistdən açıqlama almaq mümkün olmayıb.

Müəllif: