Ucnoqta.az
www.ucnoqta.az

Son 2 gündə 10 qəza - <font color=red><b>6 ölü, 7 yaralı</b></font></b></font>

19:05 - 15 Yanvar 2018 tarixində dərc olunub.

Həftə sonu Azərbaycanda qeydə alınan cinayətlərin və yol qəzalarının sayı açıqlanıb. 

"Ucnoqta.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata istinadən bildirir ki, yanvar ayının 13-dən 15-dək ölkənin daxili işlər orqanları tərəfindən 183 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 13 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Müəllif: