Ucnoqta.az
www.ucnoqta.az

Hindistanda şagirdləri daşıyan qayıq batıb - <font color=red><b>Ölən və itkin düşənlər var</b></font>

16:35 - 13 Yanvar 2018 tarixində dərc olunub.

Hindistanın qərb sahilləri yaxınlığında 40 şagirdi daşıyan qayığın qəzaya uğraması nəticəsində azı 4 uşaq həlak olub.

 

"Ucnoqta.az"  Azərtac-a istinadən xəbər verir ki, insident yanvarın 13-də səhər saatlarında ölkənin qərbində yerləşən Maharaştra ştatının Dahanu şəhəri sahillərində qeydə alınıb.

 

Qəza zamanı qayıqda 40 məktəbli olub. Onlardan 25-i xilas edilib.

 

Hazırda hadisənin baş verdiyi ərazidə 11 şagirdin axtarış-xilasetmə əməliyyatı aparılır.

Müəllif: