Ucnoqta.az
www.ucnoqta.az

Qar yağacaq, yollar buz bağlayacaq - <font color=red><b> HAVA PROQNOZU</b></font>

13:01 - 12 Yanvar 2018 tarixində dərc olunub.

Azərbaycan sinoptikləri növbəti dəfə xəbərdarlıq ediblər.
 

"Ucnoqta.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata istinadən bildirir ki, yanvarın 13-də axşam şimal rayonlarından başlayaraq yanvarın 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.
 

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Müəllif: