Ucnoqta.az
www.ucnoqta.az

Tramp Britaniyaya səfərini ləğv etdi: <font color=red><b>"Getməyəcəm və lenti kəsməyəcəm!"</b></font>

20:28 - 12 Yanvar 2018 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya səfərini ləğv etdiyini bəyan edib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, ABŞ prezidentinin fevralın sonunda Londonda səfirliyin yeni binasının açılışında iştirak etmək üçün Böyük Britaniyaya səfəri gözlənilirdi. KİV-lərdə onun bu səfəri ləğv edəcəyi barədə dəfələrlə məlumatlar yayılmışdı.

Nəhayət ki, D.Tramp "Twitter" səhifəsində qərarını açıqlayıb:

"Bəli, Londona səfərimi ləğv etdim, çünki Obama Administrasiyasının qərarlarını dəstəkləmirəm. Onlar Londonda səfirliyin əvvəlki binasını qəpik-quruşa satdılar, sonradan ucqar bir yerdə 1,2 milyard dollara yeni bina tikdilər. Pis qərardır. İstəyirsiniz indi yeni səfirliyin lentini kəsim? Yox, etməyəcəm!"

Müəllif: