Ucnoqta.az
www.ucnoqta.az

Tramp qaçqınları təhqir etdi - <font color=red><b>“İyrənc ölkələrdən gəlirlər”</b></font>

19:35 - 12 Yanvar 2018 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp miqrantları təhqir edib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tramp qaçqınlar barəsində “iyrənc ölkələrdən gəlirlər” ifadəsini işlədib.
 

“(Latin Amerikası və Afrikanı nəzərdə tutaraq-red) Niyə bu iyrənc ölkələrdən insanların bura gəlməsini istəyək? Norveçdən daha çox miqrant qəbul etməliyik”,- deyə ABŞ prezidenti bildirib.
 

Cənubi Karolina senatoru Lindsey Qraham və İllinois senatoru Dik Dubrik Trampın “Green Card”ın ləğv edilməsi və miqrant qəbulunun yekunlaşdırılması mövzusunu yenidən qaldırdığını da vurğulayıblar.

Müəllif: