Ucnoqta.az
www.ucnoqta.az

Ərdoğan: <font color=red><b>Türkiyə də ABŞ-a heç kimi ekstradisiya etməyəcək</b></font>

16:02 - 11 Yanvar 2018 tarixində dərc olunub.

Türkiyə artıq ABŞ-ın terrorçuların ekstradisiyası barədə tələblərini yerinə yetirməyəcək.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 

Prezidentin sözlərinə görə, indiyədək Türkiyə ABŞ-ın tələbi ilə 12 terrorçu ekstradisiya etsə də, ABŞ Fəthulla Güləni indiyədək təhvil vermir.
 

Türkiyəli lider vurğulayıb: “Mən hakimiyyətdə olduğum müddətdə ABŞ Türkiyədən bir adamı da almayacaq”.

Müəllif: