Ucnoqta.az
www.ucnoqta.az

Şimali və Cənubi Koreya arasında görüş başladı

09:44 - 9 Yanvar 2018 tarixində dərc olunub.

Şimali və Cənubi Koreya nümayəndə heyətlərinin görüşü başlayıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Rönhap” agentliyi məlumat yayıb.
 

Məlumata əsasən,tərəflər arasında görüş yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 05.00-da) başlayıb. Cənubi Koreya nümayəndə heyətinə Milli Birləşmə nazirliyinin rəhbəri Ço Mön Gün, KXDR-in nümayəndə heyətinə isə Sülh Birləşməsi Komitəsinin sədri Li Son Qvon rəhbərlik edir. Görüş Pxanmuncomda - "Sülh evi" adlanan məntəqədə qapalı olaraq keçirilir.
 

Ço Mön Gün sözlərinə görə, tərəflər Şimali Koreya komandasının fevralda keçiriləcək Olimpiya oyunlarında iştirakını müzakirə edəcəklər.
 

Qeyd edək ki, bu, 2012-ci ildən bəri tərəflər arasında keçirilən ilk görüşdür.

Müəllif: